Mədəniyyət

  • 7 722

“Bu əsərlər ədəbiyyatımızın qızıl fondunda qalacaq”

image

“Sovet dövründə yaranan , amma sovet ədəbiyyatı olmayan ədəbiyyatının sıralarında İlyas Əfəndiyevin də adı var. İlyas müəllimin yazdığı əsərlər həqiqi ədəbiyyat nümunələri idi. Onun sovetlər dönəmində “Sən həmişə mənimləsən” kimi əsərinin Tofiq Kazımovun quruluşunda teatrlarda nümayiş edilməsi sənət ocaqlarında yeni bir ab-hava, yeni estetik prinsip və üslub gətirdi”. SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Yazlçılar Birliyinin sədri, Xalq yazıçısı Anar İlyas Əfəndiyevin anım mərasimində deyib.O, əlavə edib ki, həm nəsr, həm də dramaturgiya sahəsindəki ədibin yaradıcılığı müstəqillik illərində daha da çiçəkləndi: “İlyas Əfəndiyevin nəsr əsərlərini ədəbiyyatımızın şah əsərlərindən hesab edirəm. Onun istər sovetlər dövründə, istərsə də müasir dövrdə yazdığı pyesləri ədəbiyyatımızın qızıl fondunda qalacaq”.

sia.az

Digər xəbərlər