Mədəniyyət

  • 7 295

"Hər il bir gəncə bu mükafatı təqdim edirik" Açıqlama

image

"Azərbaycan Yazıçılar Birliyi hamımızın məbədidir. Bu ocaqda yığılmaq böyük qürurdur. Mən Şahmar müəllimi bu millətin ən böyük sərvətlərindən hesab edirəm. 2003-cü ildə görkəmli şəxsin adına hazırladığımız mükafat beynəlxalq status aldı. Bu vaxtadək "Şahmar Əkbərzadə adına Beynəlxalq Mükafat"a layiq görülənlər sırasında görkəmli şəxsiyyətlər var".SİA-nın məlumatına görə, bu barədə "Vektor" nəşrlər evinin rəhbəri, şair Elçin İsgəndərzadə bildirib. O, əlavə edib ki, hər il bir gəncə də bu mükafatı təqdim edirik: "Eyni zamanda, bu tədbirdə biz keçən ilki mükafatçıların çap etdiyimiz kitablarını da təqdim edirik. Buraya Flora Xəlilzadənin “Hökmdar qadınlar”, Giya Paçxataşvilinin “Tut ağacı”, Vüsal Nurunun “Dorantağ” kitabları daxildir. Əminliklə deyə bilərəm ki, hər biri çox dəyərli əsərlərdir”.

sia.az

Digər xəbərlər