Mədəniyyət

  • 4 940

Türkiyədə yaşayan rəssamın yubileyi Bakıda qeyd edildi

image

Ölkəmizi Türkiyədə layiqincə təmsil edən yaradıcı insanlardan biri də tanınmış rəssam Teymur Rzayevdir. Bu günlərdə Teymur müəllimin 60 yaşı tamam oldu. Bu munasibətlə, canı qədər sevdiyi ölkəsində yubiliyarın doğum günü qeyd edildi.Belə ki, Azərbaycanın Əməkdar rəssamı, Türkiyənin Yeditepe Universitetinin dosenti, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Teymur Rzayevin 60 illik yubileyi münasibətilə tədbir keçirdi. Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə rəssamın keçdiyi həyat yolu, vətənpərvər insanlığı önə çəkildi. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Mədəniyyət nazirinin müavini Vaqif Əliyev Teymur Rzayevin fəaliyyəti haqqında danışdı. O bildirdi ki, istedadlı rəssam Teymur Rzayev həm də fəal ictimai xadimdir. Onun indiyədək çoxlu əsərləri sərgilənib.Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğıdan söz açdı. O, Teymur Rzayevin xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafında göstərdiyi xidmətləri qeyd etdi.Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirdi ki, Teymur Rzayevin əsərləri dünyanın rəsm qalereyalarını bəzəyir, onun türk dünyasında müstəsna xidmətləri var. Daha sonra Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı təşkilatın Baş katibi Düsen Kaseinovun Teymur Rzayevə təbrik məktubunu oxudu. Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov Teymur Rzayevin sənətkar kimi daim axtarışda olduğunu bildirdi.Sonra rəssamın 60 illik yubileyinə həsr edilən film nümayiş olundu, musiqi nömrəsi səsləndi.

sia.az

Digər xəbərlər