Mədəniyyət

  • 4 758

“Azərbaycan qlobal miqyaslı tədbirləri yüksək səviyyədə həyata keçirir” Bəhreynli nazir

image

Xəbər verdiyim kimi bu gün Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işə başlayıb. Sessiyanın işində Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə də iştirak edir. SİA-nın məlumatına görə, UNESKO-nun Ümumdünya İrs Komitəsinin növbəti illik sessiyasının Bakıda keçirilməsini yüksək qiymətləndirən xanım nazir Azərbaycanın dünyada mədəni mirasın qorunmasına həssas münasibət nümayiş etdirdiyini bildirib: “Hər şey çox gözəl təşkil olunub. Azərbaycan qlobal miqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək imkanlarını artıq bir neçə dəfə sübuta yetirib. Əminəm ki, bu sessiya da uğurla gerçəkləşəcək”.Bəhreynli nazir Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasından gözləntilərini də dilə gətirib. Bildirib ki, dünya irsinin qorunması məsələsi nəinki hər hansı bir təşkilatın, eləcə də hər bir insanın diqqət göstərməli olduğu məqamdır.

sia.az

Digər xəbərlər