Mədəniyyət

  • 5 926

UNESKO-nun ilk “Sülh artisti” Firəngiz Əlizadə olub

image

Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Ağa Xan Fondunun (“Aga Khan Foundation”) mədəni irsin qorunub saxlanılması sahəsində fəaliyyətinə həsr olunmuş tədbirdə Ağa Xan Fondunun ilk musiqi mükafatına azərbaycanlı bəstəkar və pianoçu, UNESKO-nun “Sülh artisti” adına Firəngiz Əlizadə layiq görülüb. SİA-nın məlumatına görə, Ağa Xan Fondunun fəaliyyəti və tarixi memarlıq abidələrinin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi əsas layihələri əks etdirən videoçarx nümayiş olunub.Tədbirdə Ağa Xan Fondunun baş meneceri Luis Monreal fond tərəfindən memarlıq abidələrinin bərpası və təmiri istiqamətində Hindistan, Tacikistan, Əfqanıstan, Mali, Suriya və Pakistanda həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.Bildirib ki, fond tərəfindən 200-ə yaxın mədəni və tarixi abidənin bərpası və təmir olunması həyata keçirilib.Qeyd edilib ki, memarlıq sahəsi üzrə Ağa Xan Mükafatı artıq dördüncü onillikdir ki, verilir. Mükafat bütün dünyada müsəlman cəmiyyətinin ehtiyaclarının və arzularının uğurla təmin edilməsinə imkan verən inşaat konsepsiyalarının aşkar və təşviq edilməsi məqsədilə təsis edilib.

sia.az

Digər xəbərlər