Mədəniyyət

  • 5 411

"Bu, xalqımızın mədəni keçmişinə, tarixinə verilən dəyərdir" ÖZƏL-ŞƏRH

image

"Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini qürurverici, mühüm mədəni və olduqca əlamətdar hadisə kimi qymətləndirirəm. Fikirləşirəm bu hadisə bütövlükdə xalqımızın mədəni keçmişinə, tarixinə verilən dəyərdir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.Sədrin sözlərinə görə, bu həmçinin xalqımızın dünya mədəni irsinə, dünya mədəniyyəti xəzinəsinə töhfə olaraq təqdim etdiyi qədim Şəkinin layiqli yerini tapması, xalqımızın dünyanın mədəni və qədim xalqlarından olduğunu təsdiq edən daha bir göstəricidir: "Eyni zamanda, bu hadisə ölkəmizin öz tarixi keçmişinin təbliğ olunması istiqamətində UNESKO ilə səmərəli əməkdaşlığının nəticəsidir. Azərbaycanda tarixi irsə hörmət, ehtiram, tarixi keçmişimizin bərpası, dünyaya təqdim edilməsi, tarixi abidələrimizin bərpası, mühafizəsi hər zaman diqqətdə saxlanılmışdır. Reallıqdır ki, hər bir xalqın mədəni keçmişi onun yaratdığı abidələrlə, maddi-mədəniyyət nümunələri ilə ölçülür və keçmiş nə qədər zəngindirsə, nə qədər bəşəridirsə onu yaradan xalqa münasibət də bir o qədər yüksək olur. Bu baxımdan həm indiyədək UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alan abidələrimizlə, həm sonuncu mədəni hadisə ilə xalqımız haqqlı olaraq fəxarət hissi keçirir. Digər vacib bir məqam ondan ibarətdir ki, UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alan abidələrin mühafizəsi, qorunması və restavrasiyası məsələləri artıq beynəlxalq tələblərə uyğun şəkildə həyata keçirilir ki, bu da olduqca önəmli məqamlardandır.Sonuncu hadisə həm də Şəkiyə olan turist marağı artıracaq, bölgədə turizmin daha da genişlənməsini sürətləndirəcək. Hesab edirəm ki, bizim torpağımızın hər qarışı özündə qədim tarixi keçmişimizi yaşadır. İndiyədək tədqiq olunmamış, layiqli qiymətini almamış, eyni zamanda, beynəlxalq səviyyədə təqdim edə bilmədiyimiz hələ çoxlu maddi-mədəniyyət nümunələrimiz vardır. İşğal altındakı torpaqlarımızda nə qədər maddi-mədəniyyət nümunələri təhlükədədir, işğalçılar tərəfindən vandallıqla dağıdılır və özünküləşdirilir. Həmin abidələrin, həmçinin, digər regionlarımızda olan və tariximizin mühüm elementlərini özündə yaşadan abidələrimizin də UNESKO kimi mötəbər qurumda layiqli qiymətini alması istiqamətində işlər görməliyik.Ümidvaram ki, ölkə başçımızın, birinci vitse-prezident Mehriban xanımın tarixi keçmişimizə yüksək ehtiramının göstəricisi olaraq xalqımızın ümumbəşəri abidələrinin dünyada təbliği istiqamətində humanist işləri bundan sonra da davam edəcək və bu istiqamətdə nailiyyətlərimizlə növbəti illərdə də bu günkü kimi fəxr edəcəyik".

sia.az

Digər xəbərlər