Mədəniyyət

  • 6 460

Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən kitablar SƏRGİ

image

Ulu Öndər Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti daim maraqla qarşılanıb. Onun barəsində nə qədər yazılsa, deyilsə, bir o qədər azdır. Elə bu məqsədlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzi Kitabxana Sisteminin 1 nömrəli filialında ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı sərgi təşkil edilib. SİA-nın məlumatına görə, sərgidə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş kitablar nümayiş olunur.Kitablarda qeyd edilir ki, Ulu Öndər respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirib. Dahi rəhbər ölkədə elmin və təhsilin yüksəlməsinə, yeni ali məktəblərin və ali məktəblərdə yeni ixtisasların açılmasına, Azərbaycan gəncinin mükəmməl bilik alaraq cəmiyyətin fəal üzvünə çevrilməsinə, Azərbaycanı gündən-günə inkişaf edən sənaye ölkəsinə və dünyaya tanıtmağa nail olub.

sia.az

Digər xəbərlər