“Əbədi ezamiyyət” filmi Ankarada iki dildə nümayiş etdirilib

Ankarada Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunub. Film Azərbaycanın Türkiyədəki Səfirliyində ölkəmizin diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Ankarada akkreditə olunan diplomatik korpusun nümayəndələri üçün ingiliscə təqdim olunub.Türkiyə ictimaiyyəti üçün isə sənədli film“Cernmodern” Mədəniyyət Mərkəzində türkcə nümayiş olunub.SİA xəbər verir ki, rəsmi şəxslər, paytaxt ictimaiyyətinin görkəmli nümayəndələri, QHT və KİV təmsilçiləri tamaşaçılar arasında olublar. Təqdimat Azərbaycanın Ankaradakı səfirliyi və SOCAR-Türkiyənin birgə təşkilatçılığı əsasında keçirilib.Tamaşaçılar filmi böyük maraqla izləyiblər.Qeyd edək ki, 1919-cu ildə Azərbaycan diplomatik əlaqələrinin yaranmasından bəhs edən “Əbədi ezamiyyət” sənədli filmi Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilib.

sia.az