Litvanın “Exotic & Group Travel” turizm agentliyinin rəhbəri Alma Stanulioniene bildirib ki, bu ölkənin vətəndaşları səyahət üçün daha ekzotik ölkələr seçməyə başlayıblar.SİA xəbər verir ki, Litva vətəndaşları uzaq cənub-şərqi Asiya regionu, Cənubi Amerika ilə bərabər İpək yolu ölkələrinə də maraq göstərirlər. Bu sıraya Özbəkistan, Qazaxıstan, Monqolustanla bərabər Azərbaycan da aiddir.Turizm mütəxəssisi bildirib ki, Azərbaycana səfər edən litvalılar unikal təəssüratlarla qayıdırlar.
sia.az