Mədəniyyət

  • 6 904

“LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının bağlanış mərasimi keçirilib

image

Heydər Əliyev Mərkəzində “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının bağlanış mərasimi keçirilib. SİA-nın məlumatına görə, “Avrasiya Xalqları Assambleyası” beynəlxalq qeyri-hökumət təşkilatları ittifaqının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Avrasiya xalqlarının “LiFFt” Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur.Bağlanış mərasimində Avrasiya Xalqları Assambleyasının baş katibinin birinci müavini Svetlana Smirnova bildirib ki, festival Avrasiya qitəsinin ən tanınmış yazıçı və şairlərini bir araya gətirməyə nail olub. Son üç gün ərzində Bakı bu yazarlara ünsiyyətin bütün gözəlliklərini hədiyyə edib. İndi onlar bir-birlərini daha yaxşı anlayırlar.S.Smirnova IV Avrasiya ədəbi festivallar festivalının yüksək səviyyədə təşkil olunduğu üçün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz təşəkkürünü bildirib. “Biz özümüzü burada evimizdəki kimi hiss etdik. Çünki hər yerdə qonaqpərvərlik və xeyirxahlıqla üzləşdik. Geri dönən zaman isə ürəklərin istisini özümüzlə aparacağıq”, - deyə S.Smirnova söyləyib.“LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının prezidenti və səfiri Marqarita Al çıxışında bildirib ki, festivalın qarşıya qoyduğu məqsəd daima gələcək insan obrazını axtarmaqdır. Bu mənada adları çəkilən yazarlar bütün dünyaya gərəklidir.Sonra III “LiFFt” festivalının qalibi Varis Yolçuyev qaliblərə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edib. Qızıl medala türkiyəli şair Tüğrul Tanyol layiq görülüb.Tədbir daha sonra konsert proqramı ilə davam edib.Qeyd edək ki, festivala Türkiyə, Macarıstan, Polşa, Braziliya, Rusiya, Fransa, Slovakiya, ABŞ, Qazaxıstan, Monqolustan, Almaniya, Yaponiya Çexiya, İsrail - ümumilikdə 50-dən çox ölkədən yazarlar qatılıb. Həmçinin ölkəmizdən iştirakçı və qonaq qismində 60 yazıçı, şair, tənqidçi, ədəbiyyatşünas iştirak edib.

sia.az

Digər xəbərlər