Mədəniyyət

  • 7 826

Kitabi Dədə Qorqud” dastanın Drezden nüsxəsinin qazax dilinə tərcüməsinin təqdimatı keçirilib

image

Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Türk Akademiyası tərəfindən nəşr edilən Qazaxıstanın tanınmış dövlət və ictimai xadimi, türkoloq, alim və ədəbiyyatşünas Mırzatay Joldasbekovun “Qorqud ata” və “Böyük Çöl ədəbiyyatı” kitablarının təqdimat mərasimi olub.SİA xəbər verir ki, mərasimdə “Kitabi Dədə Qorqud” dastanın Drezden nüsxəsinin qazax dilinə tərcüməsinin təqdimatı da keçirilib.Akademiyanın prezidenti Darxan Kıdırali qeyd edib ki, “Böyük Çöl ədəbiyyatı” kitabında müəllifin 50 illik elmi işinin nəticəsi olan əsərlər var. “Qorqud ata” kitabında isə geniş oxucu kütləsinə qazax dilində mətnlər, həmçinin, “Dədə Qorqud”un Drezden əlyazması əsasında hazırlanmış lüğəti təqdim olunur.“Dədə Qorqud” indiyədək Türkiyə, Azərbaycan, Türkmənistanda geniş tədqiq edilidiyini deyən professor, dövlət xadimi Mirzatay Joldasbekov, Qazaxıstanda da bəzi tədqiqatçıların araşdırmalarının olunduğunu deyib. Amma çox da geniş tədqiq olunmadığını və “Dədə Qorqud”un Drezden nüsxəsi üzərində çalışdığını və ilk dəfə olaraq əhatəli şəkildə, orijinalını da saxlamaqla, lüğətlə birlikdə çap etdiyini bildirib.TDƏŞ Ağsaqqallar Şurasinin üzvü, professor Adil Axmetov vurğulayıb ki, elə şəxsiyyətlər var onlar xalqları birləşdirirlər: “M.Joldasbekov da belə insanlardandır. Onun “Dədə Qorqud” kitabı yalnız Qazaxıstanın deyil, bütün türk dünyasının ortaq dəyəridir və türk dünyasını birləşdirir. Yeri gəlmişkən, mən Azərbaycan tərəfinə xüsusi təşəkkür etmək istəyirəm. Çünki Azərbaycanda Dədə Qorqud haqqında çox geniş tədqiqatlar aparılıb, kitablar nəşr edilib. Altaydan Qara dənizədək bütün türk xalqları “Dədə Qorqud”la qürur duyur.Qeyd edək ki, “Kitabi Dədə Qorqud” ilk dəfədir ki, Qazaxıstanda belə əhatəli şəkildə, iri həcmdə və lüğətlə birlikdə çap olunub.

sia.az

Digər xəbərlər