Mədəniyyət

  • 5 569

Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalına yekun vurulub

image

Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalı başa çatıb. SİA-nın məlumatına görə, Heydər Əliyev Sarayında təşkil olunan bağlanış mərasiminə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – F.Kərimov), Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər – G.İmanova) və Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına Xorunun (bədii rəhbər və dirijor Ş.Ələkbərova) iştirak etdiyi konsert proqramı ilə yekun vurulub.Gecədə tanınmış bəstəkarlar Oqtay Rəcəbovun “Zəfər himni” Kantatası, Sərdar Fərəcov “Sonsuzluq karvanı” – Oratoriyası, Ceyhun Allahverdiyevin “Əbədi sevgimsən” Kantatası, Tural Məmmədlinin “Təbrizim” – Kantatası, Pikə Axundovanın “Məhsəti” operasından Məhsəti və Əmir Əhmədin dueti, Firəngiz Əlizadə “Nəsimi İlahiləri” və Qara Qarayev “Zamanın bayraqdarı” - Kantatası səslənib.Qeyd edək ki, festival çərçivəsində Kamera və orqan musiqisi zalında orqan musiqisi və Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti, Azərbaycan Bəstəkarlar İttifaqında “Son illərdə Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri və perspektivləri” mövzusunda elmi konfrans, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında kamera konserti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Sevil” operasının tamaşası, R.Behbudov adına Dövlət Mahnı Teatrında Zabitlər Evinin “Sərhədçi” İnstrumental Ansamblının konserti və Azərbaycan Bəstəkarlar İttifaqında kamera-instrumental və vokal musiqisindən ibarət konsert təqdim edilib.

sia.az

Digər xəbərlər