Mədəniyyət

  • 5 325

Nəsimiyə həsr olunan ədəbi-bədii tədbir

image

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ruhulla Axundov adına Mədəniyyət evi və Azərbaycan Yazıçılar Birliyinin Xəzər Bölməsinin birgə təşkilatçılığı ilə Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “İmadəddin Nəsimi-650 illik dəyərimiz” adlı növbəti musiqili ədəbi tədbir keçirilib.SİA-nın məlumatına görə, tədbiri Yazıçılar Birliyinin Xəzər Bölməsinin sədri, tədqiqatçı-şair Arif Buzovnalı açaraq Nəsimi yaradıcılığı və hürufilik təriqəti haqqında tədbir iştirakçılarına məlumat verib.Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və başqaları çıxışlarında Nəsiminin yazdığı misraları arasına sığdırdığı sirli dünyasından, irfani və fəlsəfi düşüncələrindən bəhs ediblər.Daha sonra ədəbi-bədii hissədə muğamlar ifa edilib, şairin qəzəlləri söylənilib.

sia.az

Digər xəbərlər