Azərbaycan Qazaxıstanın paytaxtı Astanada açılan 67-ci “EXPO-2017” beynəlxalq sərgisində iştirak edir

Azərbaycan Qazaxıstanın paytaxtı Astanada açılan 67-ci “EXPO-2017” beynəlxalq sərgisində iştirak edir.

“Gələcəyin enerjisi” mövzusunda keçirilən sərgidə Azərbaycan da daxil olmaqla 115 ölkə, 22 beynəlxalq təşkilat iştirak edir. Sərgidə gələcəyin texnologiyaları, dünyanın enerjiyə qənaəti və bu sahədə ən son ixtiralar, yeniliklər, nüvə enerjisi kimi enerji növləri nümayiş olunur.
Sərgi çərçivəsində Astanaya hər gün 20 min turistin gələcəyi gözlənilir. Ümumilikdə 2 milyon qonağın və 5 milyon ziyarətçinin sərgiyə baş çəkəcəyi ehtimal edilir.
Xatırladaq ki, sərginin açılış mərasimində 17 dövlət və hökumət başçısı iştirak edib.
Qazaxıstanın sərgidən 283 milyon avro gəlir əldə edəcəyi gözlənilir.
Sərgi sentyabrın 9-dək davam edəcək.

yap.org.az