İqtisadiyyat

  • 2 052

ÜDM 2610,3 manata bərabər olub

image

Bu ilin yanvar-may aylarında Azərbaycanda 25338,7 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9% az ümumi daxili məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, əhalinin hər nəfərinə düşən ÜDM 2610,3 manata bərabər olub.Qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3% artıb, neft-qaz bölməsində isə 6,5% azalıb.Bu dövrdə ümumi daxili məhsulun 44,1%-i sənayedə, 10,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,3%-i tikintidə, 7,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrində, 14,5%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 7,1%-ni təşkil edib.

sia.az

Digər xəbərlər