İqtisadiyyat

  • 2 880

Azərbaycan ilə Qazaxıstan arasında yükdaşımalarının həcmi 164 faiz artıb

image

“NK “Қazaқstan temіr jolı” Səhmdar Cəmiyyətinin rəhbəri Kanat Alpısbayev və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakıda dəmir yolu sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
2017-ci ilin yanvar-iyun aylarında Qazaxıstanla Azərbaycan arasında yükdaşımalarının həcmi 1046,3 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 164 faiz çoxdur. Artım Qazaxıstanın neft məhsullarının Azərbaycan ərazisi ilə ixrac daşımaları hesabına əldə olunub.
İdxal daşımaları əsasən ət və ət məhsulları, kimyəvi maddələr, soda, qənnadı məmulatı kimi yüklər hesabına 100,5 min ton artıb.
Tranzit daşımaları iki dəfə - 9,8 min ton çoxalıb. Bu da Braziliyadan Özbəkistana şəkər, Ukraynadan Özbəkistana ərzaq malları daşımalarının artması ilə bağlıdır.
Görüşdə tərəflər nəqliyyat maşınqayırması sahəsində birgə layihələrin həyata keçirilməsi məsələlərini də müzakirə ediblər.
Məlumatda deyilir ki, Kanat Alpısbayev Daşkənddə Özbəkistan Respublikası Baş nazirinin müavini – “Uzbekiston temir yullari” SC-nin idarə heyətinin sədri Açılbəy Ramatovla dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın inkişafı məsələlərinə dair danışıqlar aparıb. Tərəflər çevik tarif siyasəti aparılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşınan yüklərin həcminin artırılması, konteyner qatarlarının təşkili, Qazaxıstanın dəmir yolu maşınqayırması məhsullarının Özbəkistana göndərilməsi məsələlərini müzakirə ediblər.

siaşaz

Digər xəbərlər