İqtisadiyyat

  • 5 430

Füzuli rayonunda 100 min tondan çox taxıl istehsal edilib

image

Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda taxıl biçini başa çatıb. Füzuli rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Hüseyn Abbasov bildirib ki, zəmilərdən 103 min 76 ton taxıl tədarük edilib. Biçilən taxılın 73 min 53 tonu buğda, 30 min 23 tonu isə arpadır. Hər hektarın məhsuldarlığı buğda sahələrində 29,4 sentner, arpa zəmilərində 26,7 sentnerdir.Qeyd edək ki, cari ilin məhsulu üçün rayonda 36 min 80 hektarda taxıl yetişdirilib. Bunun da 24 min 836 hektarı buğda, 11 min 244 hektarı arpa zəmiləridir.

sia.az

Digər xəbərlər