İqtisadiyyat

  • 4 792

Sahibkarların sayı açıqlanıb

image

2017-ci ilin iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 771 minə yaxınlaşıb.Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, hesabat dövründə hər 6 fərdi sahibkardan 5-i "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", "Ticarət; nəqliyyat vasitələrinin təmiri", "Digər sahələrdə xidmətlərin göstərilməsi" və "Nəqliyyat və anbar təsərrüfatı" sahələri üzrə qeydiyyatdan keçib.Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (29,1%), Aran (21%), Gəncə-Qazax (14,5%) və Lənkəran (10,2%) iqtisadi rayonlarında qeydiyyata alınıb.Sahibkarlıqla məşğul olan fərdi sahibkarların 78,4%-ini kişilər, 21,6%-ini isə qadınlar təşkil edib.Qadınlar "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 27,3%-ini, "Digər sahələrdə xidmətlərin göstərilməsi" fəaliyyət sahəsində 25,8%-ini, "Ticarət; nəqliyyat vasitələrinin təmiri" fəaliyyət sahəsində isə 20,7%-ini təşkil edir.Sahibkar qadınların 30,5%-i Bakıda, 18%-i Gəncə-Qazax, 17,9%-i Aran, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (22,7%), Gəncə-Qazax (26,8%) və Aran (18,5%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.2017-ci il iyulun 1-i vəziyyətinə statistik vahidlərin dövlət reyestrinə daxil edilib, torpaq payı almış ailələrin sayı 850 mini keçib ki, bu da ölkədə torpaq payı alanların 98%-ini təşkil edir. Dövlət reyestrinə daxil edilmiş ailə təsərrüfatlarının iqtisadi rayonlar üzrə bölgüsü aşağıdakı kimi olub.

sia.az

Digər xəbərlər