İqtisadiyyat

  • 4 955

Türkiyə Azərbaycandan təbii qaz idxalını artırıb

image

Türkiyənin təbii qaz idxalında Azərbaycanın payı 15,96 faizə çatıb.SİA xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bu ilin may ayında Türkiyə Azərbaycandan 595,09 milyon kubmetr təbii qaz idxal edib. Ötən ilin may ayında isə Türkiyənin ölkəmizdən təbii qaz idxalı 475,46 milyon kubmetr olmuşdu.Bu ilin aprelində Türkiyə Azərbaycandan 576,84 milyon kubmetr təbii qaz idxal edib. Ümumilikdə cari ilin yanvar-may aylarında isə Azərbaycandan Türkiyəyə 2 milyard 768,66 milyon kubmetr təbii qaz ixrac edilib.

sia.az

Digər xəbərlər