İqtisadiyyat

  • 4 846

Beyləqan taxılçıları zəmilərdən 49 min tondan çox məhsul götürüblər

image

Beyləqan rayonunun fermerləri və torpaq mülkiyyətçiləri bu il 49 min 271 ton taxıl istehsal ediblər.Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, məhsulun 45 min 285 tonu buğda, 3986 tonu isə arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 34,76 sentner olub. Hazırda biçilmiş taxıl sahələrində aqrotexniki qaydalar əsasında şum aparılır.Qeyd edək ki, cari ilin məhsulu üçün Beyləqan rayonunda 14 min 459 hektarda taxıl, o cümlədən 12 min 985 hektarda buğda, 1474 hektarda arpa becərilib.
AZƏRTAC

Digər xəbərlər