İqtisadiyyat

  • 4 579

Birləşmiş Ərəb Əmirlikləri Acman Azad İqtisadi Zonasının Azərbaycan nümayəndəliyini yaradacaq

image

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu il Acman Azad İqtisadi Zonasının (AİZ) Azərbaycan nümayəndəliyini açmağı planlaşdırır. Bu barədə əmirliyin “GulfNews” nəşri Acman Azad Zonasının (Ajman Free Zone) direktoru Mahmud Al-Haşeminin bəyanatına istinadla məlumat yayıb.AZƏRTAC xəbər verir ki, Çin, İsveçrə, Kanada və Honqkonqla yanaşı, Azərbaycan Acman AİZ ofisinin açılacağı beş ölkədən biri olacaq. Ofislərin açılması AİZ-ə xarici investorlarla əlaqələri gücləndirməyə və yeni investisiyaların cəlb edilməsini fəallaşdırmağa imkanı yaradacaq.Mahmud Al-Haşemi bildirib ki, “Ajman Free Zone” (AFZ) üç yeni əsas bazar müəyyən edib. Bu il həmin bazarlarda xaricdən BƏƏ-yə investisiyalar cəlb edilməsinə yönəlmiş qlobal strategiya çərçivəsində qərargah yaradılacaq. AFZ azad zonaya xaricdən xeyli investisiyalar alıb ki, bunun da əhəmiyyətli hissəsi azad zonanın bütün dünyada mövcud olan 9 qlobal ofisi tərəfindən alınan birbaşa xarici investisiyalardır.“Uzun illər ərzində qlobal investorlar unikal ticarət imkanlarının investisiya istiqaməti kimi AFZ-nin investorlar üçün əlverişli olan intellektual qərarlarını tanıyıblar”, - deyə AFZ-nin baş direktoru bildirib.“Bizim beynəlxalq ofislər potensial investorlara dayanıqlı əsasda müraciət etməyə imkan yaradır. Biz, xüsusilə şirkətlərin artmaqda olan qlobal marağını görürük. Onlar bu regionda qabaqcıl marketinq mərkəzlərinə malik olmaq istəyənlərdir”, - deyə Mahmud Al-Haşimi deyib.O, həmçinin vurğulayıb ki, AFZ investorlar üçün əlverişli investisiya imkanlarını yaradılması sahəsində birincidir.Qeyd etmək lazımdır ki, BƏƏ-nin qərb sahilindəki Acman əmirliyində yerləşən Azad iqtisadi Zona 1988-ci ildə yaradılıb. Hazırda burada 22 min müəssisə fəaliyyət göstərir. Gəlir vergisi, gömrük rüsumları və digər vergiləri ödəməkdən azad edilmək Acman Azad İqtisadi Zonasının üstünlüklərindəndir.

AZƏRTAC

Digər xəbərlər