İqtisadiyyat

  • 3 717

Vüqar Bayramov: “Barama, tütün və fındıq istehsalı Azərbaycan üçün ənənəvi sahələrdir” AÇIQLAMA

image

“2004-cü ildən sonrakı proses dövründə regionlarda infrastrukturun formalaşması prosesi həyata keçirildi. Ümumiyyətlə infrastruktur investisiyalarıncəlb edilməsi baxımından vacib idi. Çünki mövcud infrastrukturun formalaşdırılması nəticə etibarilə investisiyaların cəlb edilmsi baxımından yeni imkanlar yaradır”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar bayramov deyib.Onun sözlərinə görə, 2004-cü ildən etibarən də həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları birbaşa regionların infrastrukturunun formalaşmasına zəmin yaratdı: “Post-neft dövründə isə regionlarda formalaşmış infrastruktur hesabına biznes, investisiya mühitinin yaxşılaşdırılması nəticəsində regionlarda istehsalın genişləndirilməsinə əlverişli şərait yaradıldı. Hazırda regionlarda tək ənənəvi aqrar məhsulların deyil, eləcə də digər kənd məhsullarının istehsalında artımlar müşahidə edilir. Birinci yarımildə qeyri-neft ixracatı 27 faiz artmışdır. Bu artım da birbaşa məhz regionların hesabına baş verdi.İqtisadçının sözlərinə görə, Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi post-neft dövründə regionların inkişafı və eləcə də iqtisadiyyatın diversifikasiyası baxımdan vacib tədbir kimi xarakterizə edilməlidir: “Barama, tütün və fındıq istehsalı Azərbaycan üçün ənənəvi sahələrdir. Azərbaycan Prezidentinin birbaşa dəstəyi ilə reallaşan regional iqtisadi islahatlar ənənəvi sahələrin yenidən inkişafına stimul yaratmışdır. Bu isə həmin sahələrin sahibkarlar üçün cəlbedici etməklə yanaşı, məşğulluğun güclənməsi, yeni iş yerlərinin yaradılması, daxili tələbin ödənilməsi və eləcə də qeyri-neft ixracatının artırılması kimi müsbət təsirlərə malikdir. Yalnız fındıq ixracatından Azərbaycan sahibkarları ötən lil 105 milyon dollar gəlir əldə ediblər. Bununla belə, ənənəvi kənd təsərrüfatı məhsullarının ixracatından əldə edilən gəlirin daha da artırılması indi əsas hədəflərdəndir. Bu isə ölkəmizə daxil olan valyutanın həcminin artırlması baxımdan vacibdir”.

sia.az

Digər xəbərlər