Sədaqət Vəliyeva: "Regionların inkişafı Azərbaycanın tərəqqisi deməkdir" ŞƏRH

"Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 2004-cü ildən başlayaraq ölkə iqtisadiyyatında yeni bir istiqaməti – regionların sosial-iqtisadi inkişafını dövlət siyasətinin prioriteti elan etdi". Bunu SİA – ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin müəllifi olduğu regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının reallaşdırılması nəticəsində ümumən Azərbaycanın tərəqqisi təmin edilmiş oldu: "2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən proqramlar daxilində görülmüş işlər bir sıra hədəfləri reallaşdırmağı təmin edib. Birincisi,Azərbaycanın bütün bölgələrində abadlıq-quruculuq işləri həyata keçirilib, olimpiya kompleksləri, diaqnostika mərkəzləri, məktəblər, bağçalar, xəstəxanalar və bir çox istiqamətli müxtəlif sosial əhəmiyyətli obyektlər inşa edilərək insanların istifadəsinə verilib. Ümumilikdə, görülmüş bu işlərin nəticəsində bölgələrin siması əhəmiyyətli şəkildə dəyişib, gözəlləşib. İkincisi, həyata keçirilən infrastruktur layihələri əsasında bölgələrdə yeni yollar salınıb, elektrik stansiyaları, qaz və su xətləri inşa edilib. Bununla da, hazırda Azərbaycanın demək olar ki, bütün rayonlarında, qəsəbələrində, kəndlərində elektrik, qaz və su ilə təminat ən yüksək səviyyədədir. Üçüncüsü, regionlarda həyata keçirilən aqrar və sənaye layihələri əsasında Azərbaycanın kənd təsərrüfatı üçün ənənəvi sayılan sahələr dirçəldilib, bərpa edilib, yeni sənaye məhəllələri salınıb, istehsal müəssisələri inşa edilib. Bununla da, bölgələrdə yeni iş yerləri açılıb, insanların yaşayış səviyyəsi yüksəlib. Məhz, bu proseslər bu gün də davam etdirilməkdədir. Bir sözlə, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları Azərbaycanın kompleks inkişafının konseptual əsaslarını təşkil edir"."Bu gün hər bir azərbaycanlı əmindir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyilə reallaşdırılan inkişaf kursu Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına çıxaracaq" – deyən deputat Sədaqət Vəliyeva əlavə edib ki, hazırda Azərbaycanın bütün bölgələrində lazımi infrastruktur layihələri uğurla icra edilib və bölgələrimiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub.

yap.org.az