İqtisadiyyat

  • 7 406

Xaçmaz rayonunda 5016 hektar ərazidə fındıq ağaclarının əkilməsi nəzərdə tutulub AÇIQLAMA

image

“Avqustun 4 –də Qaxda keçirilmiş “Barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair” respublika müşavirəsində möhtərəm prezidentimiz bu məsələləri geniş təhlil edib. Hazırda ən çox gəlir gətirən sahələrdən biri olan fındıqçılıq sahəsində Xaçmaz rayonu ən zəngin ənənələrə malikdir”. Bu sözləri SİA- ya açıqlamasında milət vəkili Eldəniz Səlimov deyib. Onun sözlərinə görə, rayonumuzdan 9 nəfər bu sahədə fəaliyyət göstərən iş adamları, rayonun rəhbər şəxsləri ilə birgə həmin müşavirədə iştirak ediblər. Bu müşavirədə ölkə başçısı ötən il (14800 ton) fındıq satışından ölkəyə 105 milyon dollar vəsait daxil olduğunu fındıq bağlarının sahəsini genişləndirərərək, 80000 çatdırılmasını hədəf ki qarşıya qoyubdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə fındıq ağaclarının əkininin artırılması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq 2016-2017-ci illərdə Xaçmaz rayonunda əlavə olaraq 5016 hektar ərazidə fındıq ağaclarının əkilməsi nəzərdə tutulub. Xaçmaz rayonunun ərazisində 2016-cı ilin payızından bu günə kimi 2292 hektar sahə fındıq əkini üçün hazırlanıb, bundan 2037 hektar sahədə fındıq bağları salınıbdır. Əlavə 615 hektarı fındııq bağları 2017-ci ilin aprel ayına kimi əkilibdir. Bunlardan 181 hektarı dövlət mülkiyyəti fonduna, 414 hektarıı bələdiyyə, 1697 hektarı xüsusi mülkiyyətə aid olan torpaqlardır. Bu proses 1021 nəfər istehsalçı tərəfindən həyata keçirilib. Ötən ilədək 4266 hektar fındıq bağı mövcud olubdur ki, onlardan 3830 hektarı bar verən bağlardır. 2016-cı ildə hər hektardan orta məhsuldarlıq 14,1 sentner olmaqla 5411.7 ton məhsul yığılıbdır. Hazırda rayonda 10 fındıq qəbulu məntəqəsi, 6 fındıq emalı müəssisəsi fəaliyyət göstərir. Fındıq bağlarının daha da genişləndirilməsi üçün tədbirlər Xaçmaz rayonunda davam etdirilir”.

sia.az

Digər xəbərlər