İqtisadiyyat

  • 5 237

Əkilən pambıq sahələrinin həcmi 10 dəfə artıb AÇIQLAMA

image

“Yerləşdiyimiz coğrafi mövqe, təbiətin 12 iqlim qovşağından 9-nun məhz Azərbaycanda olması ölkədə geniş profilli kənd təsərrüfatının inkişaf etdirilməsinə imkan verir. Ona görə də iqtisadiyyatımızın tarixində kənd təsərrüfatımız həmişə aparıcı sahələrdən biri olmaqla yanaşı, insanların əsasən məşğulluğunu təmin edib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, sovetlər dövründə Heydər Əliyevin rəhbərliyi altında kənd təsərrüfatımız yüksək inkişaf yolu keçərək Azərbaycan kənd təsərrüfatının inkişafına görə ümumittifaq miqyasında önə çıxa bilmişdi: "Amma çox təəsüflər olsun ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan rəhbərlik ölkə iqtisadiyyatını dağıtdı, xüsusilə kənd təsərrüfatımızda illər boyu qazanılmış bütün nailiyyətlər məhv edildi. Dağılmış iqtisadiyyatımızı bərpa etdirmək üçün yeganə yolu neft sənayesinin dirçəldilməsindən başlanmalı olduğunu görən Ulu Öndər Heydər Əliyev Azərbaycanın neft sənayesini dirçəltmək üçün milyardlarla xarici investisiyanı cəlb edə bildi və dövlət büdcəmizə neft gəlirləri axmağa başlandı. Daha sonra iqtisadiyyatın ikinci ən gəlirli sahəsi kənd təsərrüfatın inkişaf etdirilməsi olduğunu bilən Ulu Öndər bu sahədə geniş islahatlara start verdi, torpağı kəndliyə qaytardı və kəndliyə torpaq üzərində sərbəst qərar verməyə imkan yaratdı. 2003- cü ildən isə Prezident İlham Əliyev Ulu Öndərin həyat təcrübəsindən geniş istifadə edərək 2004 –cü ildən başlayaraq Azərbaycanı inqilabi inkişafa gətirən və hamımızın şahidi olduğumuz regionların sosial iqtisadi inkişafı Dövlət Proqramlarını təsdiq etdi. Bu proqramların yüksək səviyyədə mərhələli şəkildə icrası Azərbaycanın bütün regionlarında sosial infrastrukturunu müasirləşdirdi və geniş iqtisadi layihələrin həyata keçirilməsi üçün tam şərait yaratdı. Cənab prezident 2006-ci ildən başlayaraq iqtisadiyyatımızın diversifikasiya edilməsi, dövlət büdcəsinin neftdən asıllığının aradan qaldırılmasını və qeyri-neft sektorunun inkişafının vacibliyini qeyd edərək geniş iqtisadi layihələrin icrasına start verdi. Qeyri- neft sektorunda kənd təsərrüfatının inkişaf etdirilməsi prioritet elan olundu və məhz bu sahədə geniş güzəştlər tətbiq olunmaqla inkişaf proqramlar təsdiq edildi. Artıq kənd təsərrüfatın ənənəvi sahələrinin inkişafına start verilmiş, fermərlərə dövlət dəstəyi göstərməklə əlavə torpaqlar dövrüyyəyə cəlb edilərək həmin sahələrdə müasir meliorativ suvarma sistemləri yaratmaqla ölkədə pambıqçılığın, fındıqçılığın, baramaçılığın, tütünçülüyün inkişaf etdirilməsinə başlanılıb. Dövlət başçımız İlham Əliyevin regionlarda müşavirələr keçirməsi ənənəvi hal alıb və ölkə başçısının özünün şəxsən yerlərdə fermərlərlə görüşməsi, əkin sahələrdə yerindəcə əkinin vəziyyəti ilə maraqlanması kəndlilərdə böyük ruh yüksəkliyi yaradıb, yüksək məhsuldarlıq əldə edilməsinə səbəb olub. Cənab prezidentin sədriliyi ilə keçirilən Saatlı müşavirəsindən sonra Azərbaycanda becərilən pambıq sahələrin həcmi genişləndirilib , məhsuldarlıq bir neçə dəfə artıb. Əgər 2015-ci ildə 17 min hektarda pambıq əkilirdisə, 2017-ci ildə 136 minə çatdırılmaqla əkilən sahələr 10 dəfə artdı".

Azər Badamov qeyd edb ki, müşavirədə cənab prezident tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişafı ilə bağlı dövlət proqramlarının qəbul olunacağı qeyd edibdi. Artıq tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı 2017-2021 –ci illəri əhatə edəcək Dövlət Proqramı təsdiq olunub . Dövlət Poqramında ölkədə tütünçülüyün inkişaf etdirilməsi ilə əlaqədar görüləcək işlər və icra olunacaq vəzifələr konkret şəkildə müəyyənləşdirilibdir. Düşünürəm ki, digər sahələr üzrə də konkret dövlət proqramlarının qəbulu ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının keyfiyyət və kəmiyyət göstəricilərini artıracaq və dünya bazarlarına çıxarıla biləcək rəqabətqabiliyyətli məhsullarının istehsalına imkan verəcək və Azərbaycan brendini dünyada tanıdacaqdır

sia.az

Digər xəbərlər