İqtisadiyyat

  • 4 982

Kənd təsərrüfatı məhsullarının ixracı ötən dövrlə müqayisədə 40 % artıb ŞƏRH

image

Ölkə başçısı cənab İlham Əliyevin regionlara səfərləri artıq ənənəvi hal alıbdır. Cənab Prezident regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar proqramlar təsdiq edir, tapşırıqlar verir, maliyyə vəsaiti ayırır və icra vəziyyətini şəxsən yerlərə səfərlər etməklə özü yoxlayır. Bu sözləri SİA –ya açqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, regionlarda layihə icraçıların məsuliyyətini artırır, yerlərdə insanlarda işləmək və yaratmaq həvəsini yüksəldir: "Dövlət başçımızın regionlara göstərdiyi yüksək diqqəti sayəsində regionların sosial infrastrukturu müasirləşmiş, kənd təsərrüfatın və sənayenin inkişafına təkan vermişdir.19-20 avqustda Göygöl, Samux, Gədəbəy və Şəmkir rayonlarına səfərləri çərçivəsində ölkə başçısı çoxlu infrastruktur layihələrin və istehsal sahələrin açılışlarını etdi . Açılışını həyata keçirilən limonad zavodu, aqropark logistika mərkəzi, Azərxalçanın filialı, süni mayalanma mərkəzi, baytarlıq mərkəzi və.s müəssisələr regionların istehsal gücünün artmasının göstəricisidir. Gədəbəy limonad zavodunun məhsullarının ixracı ilə əlaqədar xarici ölkələrlə müqavilələr də imzalanıbdır. Ümumiyyətlə Azərbaycanın hər bir regionunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəsisələrinin yaradılması geniş vüsət alıb. Ölkədə 40 aqropark kompleksinin yaradılmasının nəzərdə tutulması və icrası ölkədə ərzaq təhlükəsizliyini təmin etməklə, əhalini etibarlı kənd təsərrüfatı məhsulları ilə təminatını həyata keçirəcək. Həm də yüksək standartlarla istehsal olunmuş məhsullar xarici bazarlara ayaq açmağa başlayacaqdır. Cari ilin 6 ayında kənd təsərrüfatı məhsulların ixracının ötən dövrlə müqayisədə 40 % artması, Azərbaycanda kənd təsərrüfatı sahəsində yaxın gələcəkdə böyük nəticələrin əldə ediləcəyindən xəbər verir. İstehsal olunan məhsullar, "Made in Azerbaycan" brendi ilə xarici bazarlara çıxarılacaq və bu da ilk növbədə Azərbaycan brendini dünyada tanıdacaq.Kənd təsərrüfatı məhsullarının müasir inovasiya və elmi əsaslarla istehsalı, emalı, və ixracı regionlarda işsizlik problemini aradan qaldıracaq, ölkənin ərzaq təminatını təmin edəcək və ixrac olunan mallardan valyuta axının olması manatın gücünü daha da artıracaq. Bu da ümumilikdə ölkə iqtisadiyyatının inkişafı və insanların yaxşı yaşamasının təminatı deməkdir".

sia.az

Digər xəbərlər