İqtisadiyyat

  • 5 683

Zaqatalalı fermerlər indiyədək 14 min tondan çox dən qarğıdalı istehsal ediblər

image

Zaqatala rayonunun təsərrüfatlarında qarğıdalı yığımı davam edir. Cari ildə rayonda 4 min 302 hektar sahədə qarğıdalı əkilib. Qarğıdalı əkinlərinə göstərilən yüksək aqrotexniki qulluq tədbirləri nəticəsində bu il sahələrdə bol məhsul yetişdirilib. Fermerlər məhsulun sahələrdən itkisiz yığılması üçün səylə çalışırlar. İndiyədək rayonda 14 min 220 ton dən qarğıdalı istehsal olunub.Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.Rayonun Lahıc kəndindən olan fermer Nüsrət İbiyev bir neçə ildir ki, qarğıdalıçılıqla məşğul olur. Fermer ötən il 2 hektar sahədə qarğıdalı əkib. Dövlətimiz tərəfindən torpaq mülkiyyətçilərinə göstərilən yardım və güzəştlərdən yetərincə bəhrələnən fermer bu il əkin sahəsini genişləndirərək 8 hektara çatdırıb. Fermer AZƏRTAC-a bildirib ki, builki mövsümdə əkin sahəsinin hər hektarından 70-80 sentner məhsul götürməyi planlaşdırır.
AZƏRTAC

Digər xəbərlər