İqtisadiyyat

  • 5 071

"Çəltik əkinindən bir fermerin qazandığı məbləğ 8000 manatdan çoxdur" AÇIQLAMA

image

“Aqrar sektorun inkişafı və əhalinin özünüməşğulluq səviyyəsinin artırılması prioritet məsələlərdəndir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.Onun sözlərinə görə, 2004-cü ildən başlayaraq həyata keçirilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" aqrar-sənaye kompleksinin böyük həcmdə inkişafına artıq zəmin yaratmaqdadır: “İlk öncə ərzaq təhlükəsizliyi məsələlərini həll edən aqrar sektorun qarşısında hazırda mövcud potensialı kommersiyalaşdırmaq kimi mühüm bir vəzifə durur. Bunun üçün mühüm dövlət dəstəyi də göstərilir. Son 1 ildəki rəqəmlər göstərir ki, aqrar sektorda istehsal və ixracın həcmi artmaqla yanaşı, məhsulun kommersiya dəyəri artır. Regionlarda yaşayan əhalinin gəlirlərində dəyişiklik nəzərə çarpır. Məhz, bu göstəricilərin artması aparılan aqrar siyasətinin bəhrəsidir. Azərbaycanın regionları həm iqlim, həm də torpaq ehtiyatlarına görə müxtəlif məhsullar üzrə ixtisaslaşırlar. Elmi araşdırmaların tətbiq olunması, regionun şəraitinə uyğun məhsulların becərilməsi effektivlik üçün mühüm şərtdir və cənab Prezident müşavirədə bu məsələlərə xüsusi diqqət yetirdi. Azərbaycanın cənub bölgəsində ənənəvi olaraq çay, çəltik və sitrus meyvələri becərilib. Vaxtilə bu bölgədə 70 mindən çox insan bu məhsulların becərilməsi ilə məşğul olublar. Həm də, bu məshullar əhaliyə kifayət qədər maliyyə vəsaiti əldə etməyə imkan verir. Orta hesabla çəltik əkilməsindən bir fermerin qazandığı məbləğ 8000 manatdan çoxdur. Bu onu deməyə əsas verir ki, potensial böyükdür, bu potensialı reallaşdırmaq üçün fermerlərə lazım olan dövlət dəstəyi verilir və yeni dəstək formalarının da tətbiq olunması üçün ölkə başçısı müvafiq göstərişlər verib.Çayçılıq cənub bölgəsi üçün ənənəvi bir sahədir. Vaxtilə bu bölgədə 12 min hektardan 26 min ton çay tədarük edilirdi. Amma hazırda 1000 hektarda çay əkilir və əkin sahələri getdikcə artırılır. Çayçılıq xüsusi yanaşma tələb edir, çay kolları 7 ildən sonra tam məhsuldarlığa çatır. Dövlət başçısının göstərişi ilə iri çayçılıq təsərrüfatlarının yaradılması, innovativ texnikanın cəlb olunması və elmi yanaşmaların tətbiqi bu sahənin də ciddi inkişafına səbəb olacaqdır”.

sia.az

Digər xəbərlər