İqtisadiyyat

  • 5 537

Azərbaycan pavilyonu “EXPO 2017 Astana” beynəlxalq sərgisində mükafata layiq görülüb

image

Qazaxıstanın paytaxtı Astanada keçirilən “EXPO 2017” beynəlxalq sərgisində iştirakçı ölkələrin ən yaxşı pavilyonlarının mükafatlandırılması mərasimi keçirilib.

Mükafatlar 115 iştirakçı ölkə arasında bir necə nominasiyada, dizaynı və mövzunun bir neçə kateqoriyada açıqlanması üzrə müəyyənləşdirilib.
Sərgidə 400-700 kvadratmetrlik sahədəki pavilyonlar arasında “Sərgi dizaynı” nominasiyasında mövzunun geniş açıqlanması üzrə Azərbaycan pavilyonu gümüş mükafata layiq görülüb. 700 kvadratmetrdən çox sahəsi olan pavilyonlar arasında Rusiya subyektlərin açıqlanması, Almaniya isə ən yaxşı dizayn üzrə qızıl mükafata layiq görülüb.
Beynəlxalq sərgidə Azərbaycan pavilyonu ən çox ziyarət edilən pavilyonların ilk beşliyinə daxil olub. Azərbaycan pavilyonu ziyarətçilərin ən çox maraq göstərdiyi 10 ekspozisiya arasında dördüncü yerdədir. 400 kvadratmetrdən artıq sahəyə malik olan Azərbaycan pavilyonunda ölkəmizin enerji resursları, tarixi və mədəniyyəti nümayiş etdirilir. Ziyarətçilər burada, həmçinin Bakıya virtual tur da edə bilərlər.
Xatırladaq ki, Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyi tərəfindən təşkil edilən Azərbaycan pavilyonu “Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanıb.

yap.org.az

Digər xəbərlər