İqtisadiyyat

  • 4 439

Yevlax-Mingəçevir mənzilində 9,3 km uzunluğunda yolun əsaslı təmirinə start verilib

image

Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın SİA- ya verdiyi məlumata görə, bu gün isə Yevlax-Mingəçevir mənzilində 9,3 km uzunluğunda yolun əsaslı təmirinə start verilib.Qeyd edək ki, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərovun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək.Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin II mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb.Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 348 km dəmir yolu əsaslı təmir olunub.

sia.az

Digər xəbərlər