İqtisadiyyat

  • 2 956

Azərbaycan Qətərə yumurta ixrac edəcək

image

"Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC-nin "Bir pəncərə" ixraca dəstək mərkəzi üzərindən Qətərə yumurta ixracı üçün müraciəti müsbət cavablandırılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən SİA-ya verilən məlumata görə, qurumun müraciəti əsasında "Bir pəncərə" ixraca dəstək mərkəzində ixrac məhsulu üçün mənşə sertifikatının 1 gün ərzində əldə olunması təmin edilib."Ərzaq Məhsullarının Tədarükü və Təhcizatı" ASC buna qədər də bir neçə dəfə "Bir Pəncərə" vasitəsilə ixrac prosesini reallaşdırıb.Qeyd edək ki, "Bir pəncərə" ixraca dəstək mərkəzi "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" prezidentin 23 fevral 2017-ci il tarixli fərmanı əsasında yaradılıb. "Bir Pəncərə" beynəlxalq baytarlıq və fitosanitar sertifikatları, keyfiyyət sertifikatı, mənşə sertifikatı, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın ixracına razılıq sənədi verilir. "Bir pəncərə" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin binasında (Landau küçəsi 16, Bakı ş.) fəaliyyət göstərir.

sia.az

Digər xəbərlər