İqtisadiyyat

  • 3 399

Nazir müavini: "Brüsseldə Aİ ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək"

image

"Sentyabrın 27-də Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək". Bu barədə jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.O bildirib ki, həmin görüşdə investisiya və ticarətə dair məsələlər müzakirə ediləcək: "Oktyabrın ikinci yarısında təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitələrinin iclası keçiriləcək. Sonuncu enerji alt komitəsi ilə bağlı isə hələlik tarix yoxdur. Çünki Şərq Tərəfdaşlığı sammitinə hazırlıq getməlidir. Düşünmürəm ki, sammitdən əvvəl bu komitənin iclası olacaq. Hazırda alt komitələrə Brüssel ev sahibliyi edir. Ona görə də biz onların təkliflərinə baxıb fikir bildiririk".

sia.az

Digər xəbərlər