Baş katib: GUAM daxilində əməkdaşlığın möhkəmləndirilməsi və regional sabitlik əsas məqsədimizdir

GUAM-ın nüfuzu getdikcə artır. Məqsədimiz bu fürsətdən istifadə edərək GUAM çərçivəsində regional əməkdaşlığı daha da genişləndirmək, bölgədə sabitliyə nail olmaqdır.

Bu sözləri jurnalistlərə müsahibəsində Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyev söyləyib.
Baş katib deyib ki, GUAM-ın yaranmasının 20-ci ildönümü ilə əlaqədar Tbilisidə keçiriləcək görüşdə təşkilatın yaranmasından keçən vaxt ərzində görülən işlər, qarşıda duran vəzifələr, strateji planlar, perspektivlər, təhlükəsizlik, dövlətlərin ərazi bütövlüyü, münaqişələr, eləcə də regionda həyata keçirilən irimiqyaslı enerji və infrastruktur layihələri, GUAM daxilində əməkdaşlığın möhkəmləndirilməsi məsələləri diqqət mərkəzində olacaq.
Altay Əfəndiyev qeyd edib ki, ABŞ, Yaponiya kimi dövlətlər, Vişeqrad qrupu, Baltikyanı ölkələr və digər nüfuzlu beynəlxalq təşkilatlar GUAM-a böyük maraq göstərirlər. Toplantıda bu ölkələrlə və təşkilatlarla da əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə mövzularından olacaq.

yap.org.az