Bakıda Azərbaycan-ABŞ Biznes Forumu keçiriləcək

Bakıda Azərbaycan-ABŞ Biznes Forumu keçiriləcək.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
Bildirilir ki, oktyabrın 16-da Amerika Birləşmiş Ştatlarının (ABŞ) iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-ABŞ Biznes Forumu keçiriləcək.
Tədbirə tikinti və tikinti materialları, İKT, kənd təsərrüfatı texnologiyaları, mühəndislik, ödəmə sistemləri, avtomobil icarəsi, logistika, radar sistemləri, aerokosmik müdafiə sistemləri, təhlükəsizlik, layihələrin idarə olunması, maliyyə, avadanlıq, ağartı məhsulları və digər sahələrdə fəaliyyət göstərən 17 ABŞ şirkətinin qatılacağı gözlənilir.
Biznes-forum saat 09:30-dan etibarən Bakı Biznes Mərkəzində (Səbail rayonu, Neftçilər prospekti, 32 ünvanında) olacaq.

yap.org.az