İqtisadiyyat

  • 4 653

Avropa İttifaqının eksperti: “ASAN xidmət”in fəaliyyəti sübut edir ki, Azərbaycan dövləti vətəndaşlara qayğı göstərir

image

Azərbaycanda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində vətəndaşlara dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsi metodlarından məmnun qaldım. “ASAN xidmət” mərkəzlərində vətəndaşlara lazım olan bütün xidmətlər rahat formada, müasir texnologiyalar tətbiq edilməklə vahid bir məkandan göstərilir və beləliklə, onlar müxtəlif dövlət qurumlarına sənədlər toplamaq üçün getmirlər.

Bu sözləri 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfransın iştirakçısı, Avropa İttifaqının eksperti Stanislav Pavlovski jurnalistlərə müsahibəsində deyib.
“Bu, onu sübut edir ki, Azərbaycan dövləti vətəndaşlara qayğı göstərir və bu, yalnız alqışlana bilər. Azərbaycanda vətəndaşlar üçün yaradılan belə bir şəraitin öz ölkəm olan Moldovada da yaradılmasını arzulayıram”, - deyə S.Pavlovski əlavə edib.

yap.org.az

Digər xəbərlər