İqtisadiyyat

  • 2 973

Robert Sekuta: “Cənub Qaz Dəhlizi” dünya səviyyəli mühüm layihələrdən biridir

image

“Cənub Qaz Dəhlizi” dünya səviyyəli mühüm layihələrdən biridir.

Bu barədə oktyabrın 16-da Bakıda keçirilən Azərbaycan-ABŞ biznes-forumunda ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
R.Sekuta bildirib ki, “Cənub Qaz Dəhlizi” dünya səviyyəli ən mühüm və böyük layihələrdən biridir.
Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.

yap.org.az

Digər xəbərlər