İqtisadiyyat

  • 3 572

Vüqar Namazov: Kapital bazarlarına çıxış bu gün tələb deyil, zərurətdir

image

Kapital bazarlarına çıxış bu gün tələb deyil, zərurətdir.

Bu barədə oktyabrın 17-də Bakıda keçirilən "Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər" adlı konfransda Bakı Fond Birjasının idarə heyətinin sədri Vüqar Namazov deyib.
O bildirib ki, ölkədə kapital bazarları inkişaf edir. Əvvəllər biz xarici şirkətləri kapital cəlbinə dəvət etməyə məcbur olurduq. Bu gün isə onlar özləri buna maraq göstərirlər.
"Hazırda Bakı Fond Birjasında 138 növ maliyyə aləti mövcuddur. Bu gün Bakı Fond Birjasında 3,3 milyard manat dəyərində bazarın kapitallaşması mövcuddur. Birjanın dövriyyəsi isə 8 milyard manat təşkil edir", - deyə o bildirib.
Bakı Fond Birjası və "SOCAR Capital" şirkətinin birgə təşkil etdiyi konfransda Azərbaycan kapital bazarlarının imkanları və perspektivləri müzakirə olunur. Həmçinin konfransda Azərbaycan kapital bazarlarının perspektivlərindən, kapital bazarlarında maliyyələşmənin yollarından və mövcud təcrübədən danışılır.

yap.org.az

Digər xəbərlər