İqtisadiyyat

  • 4 576

Tahir Rzayev: Bələdiyyələrin sosial-iqtisadi inkişaf prosesində iştirakını artırmaq baxımından böyük potensial var

image

«Ölkəmizdə bələdiyyələr öz fəaliyyətini ildən ilə təkmilləşdirirlər. Ötən dövr ərzində yerli özünüidarəetmə orqanları müəyyən inkişaf yolu keçib, bir sıra müsbət nəticələrə imza atıblar». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Azərbaycanda bələdiyyələrin tarixinə nəzər salsaq deyə bilərik ki, onlar çox demokratik bir qaydada yaradıldılar. İlk vaxtlarda hər bir yaşayış məntəqəsində bələdiyyə yaradıldı. Amma zaman getdikcə, məlum oldu ki, kiçik yaşayış məntəqələrində bələdiyyələr demək olar ki, fəaliyyətsizdir. Ona görə də, bu sistemdə islahatların aparılması zərurətə çevrildi və 1000-dən artıq bələdiyyə birləşdirildi. Millət vəkilinin fikrincə, bu proses yenə də davam etməlidir. Çünki dünya ölkələrinin təcrübəsi də buna əsas verir.
«Bu gün uğurla fəaliyyət göstərən bələdiyyələrimiz var. Amma bir çoxunun fəaliyyəti yenə qaneedici deyil. Çünki onlarda təşəbbüskarlıq yoxdur. Eləcə də, vətəndaş-bələdiyyə münasibətləri inkişaf etməlidir. İnsanlar vaxtlı vaxtında bələdiyyələrə vergi verməlidirlər ki, bələdiyyələrin büdcəsi formalaşsın. Bununla yanaşı bələdiyyələr təşəbbskar olmalı, özlərinin xidmət sahələrini, müəssisələrini, təsərrüfatlarını yaratmalıdırlar ki, gəlirləri artsın. Bütövlükdə, bələdiyyələr müəyyən qədər bölgələrin sosial-iqtisadi inkişafında rol oynayırlar. Amma bu rolu artırmaq üçün daha böyük potensial var»- deyə, T.Rzayev vurğulayıb.

yap.org.az

Digər xəbərlər