İqtisadiyyat

  • 4 951

Eldar İbrahimov: Azərbaycan regionda əlverişli coğrafi mövqeyə və çoxşaxəli tranzit imkanlarına sahibdir

image

«Azərbaycan regionda əlverişli coğrafi mövqeyə və çoxşaxəli tranzit imkanlarına sahibdir». Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, bu yaxınlarda açılışı nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu xətti və yaxın gələcəkdə istifadəyə verilməsi planlaşdırılan, Avrasiyada strateji keçid xətti hesab olunan Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu qovşağı ölkəmizin geosiyasi mövqeyinin əhəmiyyətini daha da artıracaq.
«Prezident İlham Əliyevin dediyi kimi, tezliklə rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyur. Bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaq»- deyə, E.İbrahimov vurğulayıb.

yap.org.az.

Digər xəbərlər