İqtisadiyyat

  • 3 558

BAXCP rəsmisi: “BTQ dəmir yolu dövlətimiz üçün əhəmiyyətli bir layihədir" AÇIQLAMA

image

“Azərbaycanın təşəbbüskarlığı ilə reallaşan yeni nəqliyyat marşrutu Bakı-Tbilisi-Qarsın ölkəmiz üçün siyasi, iqtisadi əhəmiyyətinin çox böyük rolu var”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, yeni dünyada ərzaq və enerji təhlükəsizliyi, regional və qlobal nəqliyyat dəhlizləri kimi geoiqtisadi amillər bir çox hallarda geosiyasi reallıqların formalaşmasında mühüm rol oynayır: “Nəqliyyat əlaqəsi birbaşa iqtisadi əlaqənin başlanğıcıdır. Nəqliyyat dəhlizləri onu yaradanların məqsəd və hədəflərindən asılı olaraq, ticarət, tranzit və inkişaf etməkdə olan nəqliyyat dəhlizləri kimi təsnif olunur. Nəqliyyat dəhlizləri həm milli, həm regional, həm də beynəlxalq ola bilər. Amma nəzərə almaq lazımdır ki, bu bölgülərin özü də nisbi xarakter daşıyır. Çünki milli nəqliyyat dəhlizləri əksər hallarda regional, yaxud beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsinə çevrilirlər. Qərb qlobal nəqliyyat dəhlizinin tərkib hissəsi olan regional Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi. Bu iki layihəyə münasibətdə nəqliyyat dəhlizləri ilə bağlı klassik siniflərə bölmə ənənəsi də öz əhəmiyyətini itirir. Çünki eyni layihə həm lenbric, həm minibric, həm də mikrobric funksiyasını yerinə yetirmək üçün nəzərdə tutulub. Yəni quru daşınmaları öz yerini su yolu ilə daşınmalara verir. Həmçinin də Avropa İttifaqına üzv ölkələrin həm milli, həm regional, həm də beynəlxalq nəqliyyat dəhlizlərinə nəzər salsaq, burada da inteqrasiya prosesinin sürətlə getdiyinin və ənənəvi anlayışların sıradan çıxdığının şahidi oluruq.Nəzərə alaq ki, hal-hazırda dünyada quru nəqliyyatına daxil olan avtomobil yollarının uzunluğu 27,8 milyon kilometr təşkil edir. Bütün dünya üzrə sərnişin daşınmalarının 82 faizi avtomobil yollarının payına düşür. Dəmir yolu ilə yük daşınmaları ümumi həcmin 9 faizini təşkil etsə də bu nəqliyyat vasitəsinin əhəmiyyəti getdikcə daha da artır. Bu da bu layihənin son dərəcə əhəmiyyətinin yüksək olduğu deməkdir. Ölkəmizin yerləşdiyi əlverişli coğrafi mövqe də nəzərə alınmalıdır. Lakin coğrafi mövqenin geosiyasi amilə çevrilməsində rol oynayan iqtisadi-siyasi faktorlar, sabitliyin və təhlükəsizliyin təmin olunması da elə geosiyasi mövqenin özü qədər və bəlkə də daha artıq önəm kəsb edir”.

sia.az

Digər xəbərlər