Dəyişiklik istehlak bazarına təsirləri ən tezi növbəti ilin əvvəlində müşahidə ediləcək AÇIQLAMA

“Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək kərə yağı və digər süddən hazırlanan yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.Onun sözlərinə görə, indiyədək bu dərəcə 15 faiz idi. Qeyd edək ki, bu qərar 30 gün sonra tətbiq edilməklə 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq: “Kərə yağının qiyməti yüksələn zaman ilkin olaraq rüsumların aşağı salıması yolu ilə xərcin azaldılmasına nail olmağı təklif etmişdik. Paralel olaraq isə yeri istehsalı artırmaqla idxaldan asıllığı aradan qaldırmaq və nəticə də dünya bazarındakı qiymətlərin daxili istehlak bazarına minimumlaşdırmaq vacibdir. Rüsumun 3 dəfə və ya 10 faiz bənd azaldılması idxal edilən məhsulların xərcinin azalmasına və nəticədə daxili bazarda qiymətlərə təsir göstərə bilər. Belə ki, 100 min dollarlıq kərə yağı idxal edən sahibkar əvvəllər 15 faiz rüsum və 18 faiz ƏDV ödəyirdi. Nəticədə rüsum tətbiq ediləndən sonra malın xərci rüsumdan sonra 115 min dollara və ƏDV tətbiq edilən sonra isə 135.7 min dollaradək yüksəlirdi. Rüsum 5 faizədək azaldıldığı üçün bu halda idxal edilən kərə yağının rüsumlu xərci 105 min dollar, ƏDV tətbiq ediləndən sonra isə 123.9 min dollara olacaq. Bu isə o deməkdir ki, son güzəşt hər 100 min dollarlıq idxal kərə yağında 11.8 min dollar fərq yaradacaq. Kərə yağının dünya bazarında qiymətinin son dövrlər ciddi dəyişmədiyini nəzərə alsaq bu halda Yeni Zenlandiyadan idxal edilən növündən asılı olaraq kərə yağının hər kiloqramında orta hesabla 2 manat qiymət azalmasına gətirib çıxara bilər. Dəyişikliyin gələn ay tətbiq edildiyini nəzərə alsaq onun istehlak bazarına təsirləri ən tezi növbəti ilin əvvəlində müşahidə edilə bilər”.

sia.az