2018-ci ilin büdcəsi iqtisadi proqnozlarının optimal reallaşdırılması layihəsidir

"2018-ci il dövlət büdcəsindən elm sahəsinə bu il nəzərə çarpacaq dərəcədə vəsaitin ayrılması ölkə başçısı İlham Əliyevin elmə və təhsilə olan diqqətinin göstəricisidir".SİA-nın məlumatına görə, bunu 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibəyli deyib.Deputat bildirib ki, xüsusən büdcə zərflərindəki təhlilərdə ayrılan vəsait təhsildəki islahatların həyata keçirilməsinə yönəlib:"İlk dəfə olaraq bu il ali məktəb konsultaslarının inkişaf etdirilməsinə ayrılan vəsait bunu sübut edir. Bu isə ali məktəblərin dünya standartları səviyyəsinə qaldırılmasına gətirib çıxaracaq.Təhsil sahəsinə ayrılan vəsait təhsilin daha da yüksəldilməsini və ölkəmizdə olan real elm sektorunun inkişafını təmin edir. Elm siyasətinə artırılan diqqət və qayğı bunun göstəricisidir.2018-ci ilin büdcəsi iqtisadi proqnozlarının optimal reallaşdırılması layihəsidir.Ölkəmizdə peşə təhsilinə xüsusi fikir verilir. Bu sahənin real inkişafına dair dəstək azdır. Bir qədər maliyyə vəsaitin artırılması maraqlı olardı".

sia.az