Moldova mətbuatı Bakı-Tbilisi-Qars dəmir yolundan yazır

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi dünya KİV-lərinin diqqət mərkəzindədir. Bu nəhəng layihə barədə növbəti məqalə Moldova mətbuatında işıq üzü görüb. Moldovanın aparıcı xəbər portalı və böyük oxucu auditoriyasına malik Tribuna.md saytında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, ölkəmiz və region üçün geosiyasi və geoiqtisadi əhəmiyyəti, texniki xüsusiyyətləri və gələcək perspektivləri barədə məqalə dərc olunub. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında yeni körpü adlandırılıb.Məqalədə müəllif Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə istinad edərək, Bakı-Tbilisi-Qars dəmir yolunun regional səviyyədə tarixi hadisə olduğunu vurğulayıb.Eyni zamanda, müəllif, bu layihənin ABŞ və Avropa İttifaqı tərəfindən dəstəkləndiyini qeyd edib.Sonra məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin, eləcə də Azərbaycandakı ABŞ və Avropa İttifaqının səfirlərinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı fikirləri yer alıb.

sia.az