İqtisadiyyat

  • 3 290

AZAL 7 yeni təyyarə alacaq

image

"Azərbaycan Hava Yolları" (AZAL) QSC və “Boeing” Korporasiyası bu gün beş “B787-8 Dreamliner” və iki B747-8F (və yaB777F) təyyarələrinin alınması barədə razılığa gəlib."Azərbaycan HavaYolları" QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sazişi "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov və “Boeing Commercial Airplanes”ın Prezidenti və baş icraçı direktoru Kevin Makalister (Kevin McAllister) imzalayıb.Sazişin dəyəri 1,9 milyard dollar həcmində qiymətləndirilir. Təyyarələrin gətirilməsi 2019-2020-ci illərə planlaşdırılır.Saziş ən böyük beynəlxalq aerokosmik sərgi “Dubai Airshow 2017” çərçivəsində imzalanmışdır."Əlavə “787 Dreamliner” təyyarələrini sifariş vermək qərarı aviaşirkətimizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək - yeni təyyarələrin alınması bizə uçuşların coğrafiyasını genişləndirmək və artan sərnişin axınının öhdəsindən gəlməkdə kömək edəcək. Biz müasir sərnişin təyyarələrinin tədarükü, istismarı və xidməti sahəsində Azərbaycanın etibarlı tərəfdaşı olan “Boeing” Korporasiya ilə əməkdaşlığın genişlənməsindən məmnunuq” - deyə, AZAL QSC-nin Prezidenti Cahangir Əsgərov deyib."Biz "Azərbaycan Hava Yolları" aviaşirkətinin “Dreamliner” təyyarələrinə dəyişməz etimadını yüksək qiymətləndiririk”, - “Boeing Commercial Airplanes”ın Prezidenti və baş icraçı direktoru Kevin Makalister bildirmişdir. Yeni “787 Dreamliner” təyyarələrinin ən yüksək səviyyədə səmərəliliyi və rahatlığı təmin etməsi aviaşirkətin təyyarə parkının modernləşdirilməsi üzrə planlarına uyğundur və bu, yeni marşrutlar açmağa kömək edəcək və onların qarşıdakı uzun illər ərzində uzunmüddətli uğurunu təmin edəcək".“Azərbaycan Hava Yolları” MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-cı ildə “Azərbaycan Hava Yolları” 2 milyondan çox sərnişin daşıyıb.AZAL ən yeni təyyarə parklarından birinə malikdir. Aviaşirkət "Boeing" Korporasiyası ilə böyük əməkdaşlıq tarixinə malikdir və hazırda "Boeing 787 Dreamliner", "Boeing 767" və "Boeing 757" təyyarələrini istismar edir. Gələn ildən etibarən Azərbaycanın milli aviadaşıyıcısının hava gəmiləri parkına müasir “Boeing-737 MAX”təyyarələri əlavə olunacaq."Azərbaycan Hava Yolları" həmçinin “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini uğurla istismar etməyə davam edir.

sia.az

Digər xəbərlər