“Turizm və Qonaqpərvərlik tədqiqatları”

Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və Qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının 2017-ci il üçün üçüncü sayı çapdan çıxıb. SİA-nın məlumatına görə, jurnalın bu sayına daxil edilən məqalələrdə Azərbaycanda çimərlik turizminin, ovçuluq və balıqçılıq turizminin tədqiqinə, ekoturizmin inkişafının öyrənilməsinə, eləcə də şirkətlərin korporativ idarəetmə sisteminin və aqrar sahibkarlığın inkişaf potensialının təhlilinə həsr olunan elmi araşdırma nəticələri yer alıb.Jurnaldakı məqalələrlə yaxından tanış olmaq istəyənlər ATMU-nun Kitabxana İnformasiya Mərkəzinə müraciət edə və ya elektron versiyasını universitetin veb saytından əldə edə bilərlər.

sia.az