İqtisadiyyat

  • 3 067

Oktyabrda Ceyhan limanından 1,9 milyon ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

image

2017-ci ilin oktyabr ayı ərzində 1 milyon 895 min 356 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu həcmin 1 milyon 201 min 814 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 21 milyon 36 min 310 ton təşkil edib.
Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan istismara verilən gündən 2017-ci il noyabr ayının 1-ə qədər Ceyhan limanından 340 milyon 870 min 909 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

yap.org.az

Digər xəbərlər