İqtisadiyyat

  • 4 113

Beynəlxalq konfrans keçirilib

image


Noyabrın 13-də İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda "İqtisadi artımda innovasiyaların rolunun alternativ qiymətləndirilməsi" mövzusunda konfrans keçirilib. İqtisadiyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, konfransda İqtisadiyyat Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Qazaxıstanın İqtisadi Tədqiqatlar İnstitutunun və Dövlət-Özəl Sektor Əməkdaşlıq Mərkəzinin əməkdaşları iştirak ediblər.Tədbiri giriş sözü ilə açan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qonaqları salamlayıb, müasir dövrdə innovasiyaların iqtisadi inkişafda rolu və onun təsirinin qiymətləndirilməsinin sahə mütəxəssisləri arasında müzakirəsinın, yeni çağırışlar və meyillərin qiymətləndirilməsində alternativ ölçmə üsullarının tətbiqinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, müasir dövrdə yeni texnologiyaların transferi iqtisadiyyatın strukturunun yenilənməsi, əlavə dəyəri yüksək olan rəqabətqabiliyyətli müasir sənaye məhsulları və innovasiya əsaslı sənaye subyektlərinin formalaşmasını şərtləndirib. Bu proseslər dövlət dəstəyinin rolunun artması fonunda elmi tədqiqatlar, universitet və sənaye işbirliyinin formalaşmasının təsiri nəticəsində yeni innovativ sahibkarlığın formalaşmasını təmin edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, innovasiya əsaslı sənayenin inkişafı istiqamətində ciddi addımlar atılıb, regional inkişafı təmin etmək baxımından sənaye parkları və məhəllələri yaradılıb və mühüm sənədlər qəbul edilib. Dövlət başçının müvafiq Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası 2020-ci ilə qədər olan dövrdə innovativ inkişafın istiqamətərini müəyyən edib. İnnovativ sənayenin inkişafına diqqətin nəticəsi olaraq 2014-cü il "Sənaye ili" elan edilib və "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə innovasiyaların təşviqi, KOS subyektləri üçün araşdırma və inkişaf fəaliyyətlərinin genişləndirilməsi əsas strateji hədəflərdən biridir. Bu istiqamətdə kiçik və orta sahibkarlıq subyektlərində innovativ təşəbbüslərin formalaşmasında və reallaşmasında elmi müzakirələrinin təşkili xüsusi önəm kəsb edir.İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Azərbaycanda aparılan innovativ sənayeləşmə siyasəti fonunda Konfransın əhəmiyyətini qeyd edib, İnstitutun Qazaxıstanın İqtisadi Tədqiqatlar İnstitutu ilə 10 ilə yaxın müddətdə birgə gördüyü işlər barədə məlumat verib, bu sahədə professor Saylau Bayzakovun töhvəsini vurğulayıb, onu Konfrans iştirakçıları adından 80 illik yubileyi münasibətilə təbrik edib.Tədbirdə Qazaxıstanın "İqtisadi Tədqiqatlar İnstitutu" ASC-nin nümayəndəsi Sara Alpısbayeva Azərbaycan və Qazaxıstan elmi tədqiqat institutlarının səmərəli əməkdaşlıq etdiyini və əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru Yadulla Həsənli ölkəmizdə innovasiyaların sənayenin inkişafında İqtisadiyyat Nazirliyi önəmli rol oynadığını qeyd edib, universitet-sənaye işbirliyinin formalaşmasının və kadr hazırlığının əhəmiyyətindən danışıb.Plenar sessiyada Qazaxıstanın İqtisadi Tədqiqatlar İnstitutunun Analitik Tədqiqat və Proqnozlaşdırma Mərkəzinin direktoru Sara Alpısbayeva Qazaxıstanda enerji bazarının qlobal qeyri-müəyyənlik şəraitində uzunmüddətli inkişaf məqsədləri, Qazaxıstanın Dövlət-özəl sektor Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Azamat Nurseyitov dövlət və biznesin qeyri-mütənasib inkişafı: idarəetmə üçün yeni çağırışlar, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini Arzu Hüseynova intellektual təhlil üsulları və modellərinin tətbiqi, İnstitutun Baş elmi işçisi Malik Mehdiyev dəyər və indekslər nəzəriyyəsi arasındakı ziddiyyət və onun iqtisadi artımın statistik qiymətləndirilməsində yaratdığı problem mövzularında təqdimatlarla çıxış ediblər.Tədbir öz işini seksiyalarda elmi məruzələrin dinlənilməsi ilə davam etdirib.

sia.az

Digər xəbərlər