İqtisadiyyat

  • 4 075

Misirli qubernator: Azərbaycanın “ASAN xidmət” modelinin Şarm əş-Şeyxdə tətbiqini planlaşdırırıq

image

Noyabrın 14-də Bakıda Misirin Cənubi Sina yarımadasının qubernatoru, Şarm-əş-Şeyx şəhərinin meri Xalid Sudanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə turizmə həsr edilmiş mətbuat konfransı keçirilib.AZƏRTAC xəbər verir ki, “Hilton Baku” otelində reallaşan konfransda Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil əvvəlcə iki ölkə arasındakı əlaqələrdən söz açıb.Bildirib ki, hər iki ölkənin bütün sahələrdəki əməkdaşlığı daha da inkişaf etdirilməlidir: “Bu gün Azərbaycana Misirdən nümayəndə heyəti təşrif buyurub. Nümayəndə heyəti hər iki ölkə arasında turizm sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə Bakıdadır. Bu səfər, eyni zamanda, hər iki ölkəyə qarışlıqlı turist axınını sürətləndirmək məqsədi daşıyır. Ümid edirəm ki, bu səfər çox uğurlu olacaq, qarşıya qoyulan bütün məqsədlər lazımi şəkildə həllini tapacaq. Ölkələrimiz arasında bütün əlaqələrin inkişafı üçün lazımi addımlar atılır və bundan sonra da atılacaq”.Ölkələrimiz arasında turizm sahəsindəki əməkdaşlıqdan danışan Misirin Şarm əş-Şeyx şəhərinin meri Xalid Sudan bildirib ki, Qəbələ və Şarm əş-Şeyx şəhərləri arasında qardaşlaşma memorandumu imzalanıb. Qeyd edilib ki, həmçinin səfər hər iki şəhər arasındakı əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.“Bu mənim Bakıya ikinci səfərimdir. Misir ilə Azərbaycan arasındakı əlaqələrin bütün sahələr üzrə inkişafına çalışırıq. Bu səfərə çox böyük əhəmiyyət veririk. Dünən Azərbaycan Turizm Assosiasiyasının rəhbəri ilə görüşdük. Turizm sahəsində olan problemləri müzakirə etdik. Həmçinin birbaşa reys məsələsindən danışdıq. Çalışacağıq ki, bu istiqamətdə irəliləyişlərə nail olaq. Bu gün “ASAN xidmət” mərkəzində də olduq. Bu, olduqca nümunəvi addımdır. Azərbaycanın “ASAN xidmət” modelinin Şarm əş-Şeyxdə tətbiqini planlaşdırırıq. Planımız uğurlu reallaşarsa digər şəhərlərimizdə də bunun tətbiqini nəzərdə saxlayacağıq. Biz istəyirik ki, Bakı və Şarm-əş-Şeyx şəhərləri arasında birbaşa uçuşlar reallaşsın. Birbaşa reyslərlə bağlı AZAL rəhbərliyi ilə də görüşəcəyik. Həmçinin Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərində görüşlərimiz olacaq. Bütün hallarda Azərbaycanla Misir arasında əlaqələrin inkişafına çalışacağıq. Məqsədimiz hər iki ölkəyə qarşılıqlı turist axınını sürətləndirməkdir”, - deyə X. Sudan söyləyib.

AZƏRTAC

Digər xəbərlər