İqtisadiyyat

  • 5 029

"2018-ci ildə ÜDM-in 1,5 faiz artacağı proqnozlaşdırılır"

image

"Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar 2017-ci ildə bu il davam edib. Ötən dövrdə makro iqtisadi sabitliyin təmin olunması, valyuta rejiminin təkmilləşdirilməsi, ixracın stimullaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb". SİA-nın xəbərinə görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisdə büdcə zərfinin müzakirələri zamanı deyib.O bildirib ki, ölkəmizdə həyata keçirilən islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib: "Bunun nəticəsidir ki, Azərbaycan Qlobal Davos İqtisadi Forumunun reytinqində 35 yerə yüksəlib. Digər hesabatlarda da Azərbaycan bir neçə pillə irəliləyib. Sistemli islahatların davam etdirilməsi, bank sektorunun sağlamlaşdırılması və digər məsələlər əsas götürülərək növbəti ildə də inflyasiyanın 1 rəqəmli olması proqnozlaşdırılıb".Nazirin sözlərinə görə, 2018-ci ildə ÜDM-nin 1.5, növbəti illərdə 3.5 faiz artacağı proqnozlaşdırılıb: "2018-ci ildə tədiyyə balansı üzrə müsbət saldonun 1,4 milyard dollar olacağını gözlənilir. Gələn il qeyri-neft sektorunda 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı artım proqnozlaşdırılır. Gələn il hasilatın azalması nəticəsində neft sektorunun 1 faiz azalacağı, “Şahdəniz-2” layihəsinin işə düşməsi ilə isə qaz hasilatının artması gözlənilir. Növbəti illərdə orta hesabla neft-qaz sektorunun 5 faizə yaxın artacağı proqnozlaşdırılır"."Azəri-Çıraq-Günəşli yataqları üzrə yeni müqavilənin imzalanması ölkə iqtisadiyyatının inkişafına təkan verəcək. Bundan başqa Azərbaycanda sosial mənzillərin tikintisi ilə bağlı 250 milyon manat nəzərdə tutulub. Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet istiqamətlərə uyğun olaraq növbəti ilin xərclərinin sosial və investisiyayönümlülüyü təmin edilib, əhalinin rifah halının və sosial müdafiəsinin daha da gücləndirilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Büdcə layihəsinin tərtibi zamanı İqtisadiyyat Nazirliyinin hazırladığı 2018-2021-ci illər üzrə makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən 2018-ci ildə ÜDM-in 1,5 faizlik, qeyri-neft ÜDM-in isə 2,9 faizlik artım sürəti əsas kimi qəbul edilib. Dövlət və icmal büdcələrinin gəlirlərinin hesablanması üçün bir barrel xam neftin satış qiyməti 45, növbəti illər üçün isə 40 dollar müəyyən edilib"- deyə, Ş.Mustafayev qeyd edib.Nazir əlavə edib ki, gələn il ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üzrə sistemli tədbirlər davam etdiriləcək: "Gələn il Azərbaycanın turizm sektorunun 6,6 faiz, sonrakı 3 ildə isə 6 faizdən çox artacağı proqnozlaşdırılır. İKT sektorunda gələn il 5,1 faiz, növbəti illərdə 6 faizdən çox artım nəzərdə tutulur".

sia.az

Digər xəbərlər