İqtisadiyyat

  • 5 629

“RecExpo” sərgisində 200-dən çox layihə nümayiş olunacaq

image

Əmlak Məsələləri Dövlət Komitəsi, “Elan Expo” və “Atılım Fuarcılık”ın birgə təşkilatçılığı ilə noyabrın 28-30-da Bakı Expo Mərkəzində keçiriləcək Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində - “RecExpo” 200-dən çox layihə nümayiş olunacaq. “Elan Expo”dan AZƏRTAC-a bildirilib ki, keçən il olduğu kimi, bu il də yerli və xarici dövlət nümayəndələrini, dövlətlərarası mətbuat nümayəndələrini qarşılayacaq olan “RecExpo” Azərbaycanın daşınmaz əmlak və investisiya sektoru üçün mərkəzə çevrilib. Keçən il 4 min 500 ziyarətçini qəbul edən sərgini bu il 10 mindən çox şəxsin ziyarət etməsi gözlənilir.Üç gün davam edəcək sərgidə Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Rusiya, Ukrayna, Almaniya, İspaniya, Portuqaliya, Gürcüstan, Macarıstan, Fransa və digər ölkələrdən lüks və nüfuzlu layihələr sərgilənəcək.“Emaar Türkiye”, “Remax”, “Kristal Abşeron”, “Gilan”, “Southfield”, “Pro Spain”, “Azinko”, “Baku White City”, “Dreamland”, “AS Group”, “Erbatu”, “Ant İnşaat Təmir-Tikinti”, “Esra” MMC, “Şərur” MTK, “AF Holding”, “CAHAN”, “Qala Group”, “RR Investment”, “Bakıkhanov Residence”, “Melissa Group”, “Absheron City”, “AS Group Investment”, “Gilan Holding”, “Teymuroğlu Mənzil”, “Draft Construction”, “Azinko Holding”, “Best Construction” MTK, “Karat Holding” və digər şirkətlərin və 200-dən çox layihənin iştirak edəcəyi sərgidə ziyarətçiləri firmaların sərgi üçün xüsusi hazırladığı endirimlər gözləyir.Sərgi çərçivəsində “Daşınmaz Əmlak və İnvestisiya” konfransı təşkil olunacaq və bu sektorda yüksəlişlər diqqətdə saxlanılacaq.

sia.az

Digər xəbərlər